Tokio-2020: İlk yarış günü 11 dəst medal öz sahibini tapdı

Tokio-2020:  İlk yarış günü 11 dəst medal öz sahibini tapdı

Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk yarış gününə yekun vuruldu. Oyun günün sonunda 11 dəst medal öz sahibini tapıb Azvision.az xəbər verir ki, ilk gündə azərbaycanlı atletlərdən fəxri kürsüyə yüksələn olmayıb.

Bu gün Çin yığması uğurlu çıxışı ilə yadda qalıb. Onlar 3 qızıl və 1 bürünc medala sahib olublar. 2-3-cü yerləri İtaliya və yarışın ev sahibi Yaponiya bölüşür.

Ümumilikdə isə 20 ölkə təmsilçisi fəxri kürsüdə yer alıb.

Bu yarışda 49 ildən sonra ABŞ ilk medal günündə mükafat qazanmayıb.

 

Mənbə: azvision.az