Demiral üçün 30 milyon avro

Demiral üçün 30 milyon avro

"Yuventus"un futbolçusu Merih Demiral "Atalanta"ya keçə bilər.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, klub 23 yaşlı müdafiəçi üçün 25 milyon avro və bonus olaraq 5 milyon avro təklif edib. Turin təmsilçisi türk oyunçua görə ən azı 35-40 milyon avro almaq istəyir. Gələn həftə klub nümayəndələrinin yeni görüş keçirəcəyi gözlənilir.

Qeyd edək ki, M.Demiral 2019-cu ildən "Yuventus"da oynayır.

Mənbə: qol.az