U-17 millimiz uduzdu

U-17 millimiz uduzdu

Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.

Qol.az xəbər verir ki, “Səbail-2” komandası ilə oyunda yığmamız 1:2 hesabı ilə uduzub. Millimizin heyətində İbrahim Ağayarov fərqlənib.

Mənbə: qol.az