Mahirlə Antonun dueli baş tutmadı

Mahirlə Antonun dueli baş tutmadı

Bu gün Polşa Ekstraklassasının ilk turu çərçivəsində Varşava "Legiya"sı və Plotsk "Visla"sı qarşılaşır.

Bu dəqiqələrdə oyun start götürüb. Ancaq bu komandaların heyətində çıxış edən Mahir Emreli ilə Anton Krivotsyukun dueli baş tutmayıb.

Fanat.Az xəbər verir ki, buna səbəb "Legiya"nın baş məşqçisi Çeslav Mixneviçin Emrelinin adını nəinki start heyətinə, ümumiyyətlə matçın protokoluna daxil etməməsidir.
"Visla"da debüt edən Anton Krivotsyuk isə ilk dəqiqələrdən meydandadır və sabiq "Qarabağ"lı Yakob Jezniçakla birgə müdafiənin mərkəzində yer alıb.

Mənbə: fanat.az