Depay debüt oyununda qol vurdu

Depay debüt oyununda qol vurdu

Klublararası hazırlıq matçı çərçivəsində "Barselona" - "Jirona" qarşılaşması baş tutub.

Modern.az xəbər verir ki, matç katalonların 3-1 hesablı qələbəsi ilə başa çatıb.

Bu oyunda "Barselona"nın yeni transferi Memfis Depay debüt edib. O, ilk matçında penaltidən (85 dəq.) fərqlənməyi də bacarıb.

Digər qolları "Barselona"nın heyətində Pike (21, p.), Rey Manaj (24), "Jirona"nın heyətində isə Samuel Saiz vurub.

 

Mənbə: modern.az