Kamran Əliyev "Zenit"ə qarşı oynadımı?

Kamran Əliyev "Zenit"ə qarşı oynadımı?

Rusiya Premyer Liqasında 2021/2022 mövsümünə start verilib.

Fanat.Az xəbər verir ki, azərbaycanlı hücumçu Kamran Əliyevin komandası - "Ximki” də çempionatda ilk görüşünü keçirib.

Sözügedən kollektiv öz meydanında "Zenit”ə 1:3 hesabıyla uduzub.

Kamranın adı iştirak ərizəsinə salınsa da, o, matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

Nihat

Mənbə: fanat.az