İnanılmaz qol şansını qaçıran futbolçunun təəccüb dolu baxışları - VİDEO

İnanılmaz qol şansını qaçıran futbolçunun təəccüb dolu baxışları - VİDEO

Almaniyanın “Bavariya” klubu ilə Niderlandın “Ayaks” klubu arsında yoldaşlıq oyunu keçirilib.

Oyun 2:2 hesablı bərabərliklə başa çatıb.

TRT Spor xəbər verir ki, oyunda vurulan qollar qədər maraqlı vəziyyət qarşılaşmanın 44-cü dəqiqəsinə təsadüf edib.

Belə ki, birinci hissənin son dəqiqəsində “Ayaks”ın müdafiəçilərindən yayınaraq qapıçını da aldadan “Bavariya”nın 21 yaşlı hücumçusu Coşua Zirkze topu boş qapıya göndərməyə tələsməyib və nəticədə rəqib futbolçu son anda qolun qarşısını alıb.

Həmin an nə baş verdiyini tam dərk edə bilməyən Zirkzenin baxışları futbolsevərlər tərəfindən maraqla izlənilib.

Mənbə: www.oxu.az