Azərbaycanın stend atıcısı Emin Cəfərov Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk çıxışlarını bitirib.
"Report"un məlumatına görə, idmançı ilk raundda 25, ikinci raundda isə 23 xal toplayıb.
Cəfərov hazırda 48 xalla 30 idmançı arasında 24-cü sıradadır. Onunla birlikdə daha 8 idmançı eyni xalı qazanıb.
5 raundan sonra ilk 6 pillənin sahibi finala vəsiqə əldə edəcək.
Mənbə: report.az