"Bavariya"nın yeni 11 nömrəsi

"Bavariya"nın yeni 11 nömrəsi

“Bavariya”nın futbolçusu Kinqsli Koman forma nömrəsini dəyişib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, 25 yaşlı fransalı hücumçu yeni mövsümdən 11 nömrəli formada çıxış edəcək.

Koman bundan əvvəl 29 nömrəli formada mübarizə aparırdı. “Bavariya”da isə 11 nömrəli formanı bu yay klubu tərk edən Duqlas Kosta geyinirdi.

Mənbə: qol.az