"Səbail"in Gürcüstanda ilk sınağı

Gürcüstanda təlim-məşq toplanışında olan “Səbail” bu gün yoxlama görüşü keçirəcək.

Qol.az xəbər verir ki, “dənizçilər” yerli “Şevardeni” klubu ilə qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə 18:00-da start götürəcək.

Xatırladaq ki, “Səbail” Bakıdakı toplanışda “Keşlə”(1:1), “Qarabağ”-2 (0:0), “Qəbələ”(2:3) ilə yoxlama görüşləri keçirib. Komandanın Gürcüstan toplanışındakı növbəti rəqibləri hələlik açıqlanmayıb.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Müğənni Alişanın qardaşının yasına gəlməyənləri qınadı

SONRAKI XƏBƏR

Britaniyanı Tokio-2020-də təmsil edən azərbaycanlı əkiz bacılar – Şəkillər