Tokio 2020: Dünyanın "1 nömrə"si uduzdu

Qadın tennisinin 1 nömrəsi Eşli Berti Tokio 2020-də təklərin mübarizəsində çıxışını başa vurub.

Fanat.az xəbər verir ki, Uimbldon turnirinin son qalibi 1/32 finalda dünya reytinqində 48-ci sırada qərarlaşan ispaniyalı Sara Torribes Tormoya 1 saat 34 dəqiqə davam edən qarşılaşmanın yekununda 4:6, 3:6 hesabı ilə yenilərək Yay Olimpiya Oyunlarının fərdi yarışlarında mübarizəni dayandırıb.

Qeyd edək ki, Berti cütlərdə Storm Sanderslə birgə çıxış edir. Avstraliya ikilisi dünən baş tutan ilk görüşdə(1/16 final) ev sahiblərini 6:1, 6:2 üstələyərək növbəti mərhələyə adlayıb.

Fanat.az

ƏVVƏLKİ XƏBƏR

Gürcüstanda son sutkada 2 mindən çox insan koronavirusa yoluxub

SONRAKI XƏBƏR

"Bu adam dəlidirsə, niyə ailəsi var?" - Bakıda qətl törədən şəxs məhkəməyə gətirilmir