Nainqqolan "İnter"dən ayrılır

Nainqqolan "İnter"dən ayrılır

"İnter"in futbolçusu Raca Nainqqolan komandadan ayrılmağa hazırlaşır.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi ötən mövsümün ikinci yarısını icarə əsasında çıxış etdiyi "Kalyari"dən təklif gözləyir.

Bundan başqa, onu Türkiyənin "Beşiktaş" klubu da transfer etmək istəyir. İstanbul təmsilçisinin futbolçuya ilinə 2.5 milyon avro maaş verməyə hazır olduğu bildirilib.
Qeyd edək ki, Nainqqolanın "İnter"lə mqaviləsi 2022-ci ilin yayına qədərdir.

Mənbə: qol.az