MMA üzrə peşəkar turnir keçiriləcək - VİDEO

Bakıda şəhidlərin əziz xatirəsinə həsr olunan MMA üzrə peşəkar turnir keçiriləcək.

Yarışda iştirak edəcək idmançıların çəki ölçmə mərasimi baş tutdu. Yarışda 30 idmançı tərəzi üzərinə çıxdı.

Müxtəlif çəki kateqoriyaları üzrə fərqli ölkələrdən və komandalardan döyüşçülər mübarizə aparacaq.

Xüsusi diqqət isə günün döyüşündə qarşılaşacaq idmançıların üzərinə fokuslanıb. Daha dəqiq ağır çəkidə mübarizə aparacaq idmançımız, dünya və avropa çempionu Ümid Məmmədzadə , Türkiyəli rəqibi, dəfələrlə peşəkar döyüşlərin qalibi, Gökhan Gülücüylə üz üzə gələcək.

Qeyd edək ki, iyulun 25-i baş tutacaq yarışda 6 ölkədən 8 idmançı iştirak edəcək.

REAL

 

 

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

Ermənilər öz geyimlərini də postda qoyub qaçıblar - VİDEO

SONRAKI XƏBƏR

Belçika küçələrində yenə sellər axır – VİDEO