Ronaldo "Yuventus"un bazasına qayıtdı

Ronaldo  "Yuventus"un bazasına qayıtdı

"Yuventus"un hücumçusu Kriştiano Ronaldo klubun bazasına qayıdıb.

Qol.az xəbər verir ki, portuqaliyalı futbolçu özünün "Tvitter" səhifəsində Turin təmsilçisinin formasında məşq şəklini yayımlayıb.

"İşə qayıtdığım üçün xoşbəxtəm" - deyə o yazıb.

Qeyd edək ki, Ronaldo Avro-2020-dən sonra istirahətə yollanmışdı.

Mənbə: qol.az