175 milyon avroya transfer olunacağı deyilən futbolçudan ilginc açıqlama

175 milyon avroya transfer olunacağı deyilən futbolçudan ilginc açıqlama

Oynadığı 153 rəsmi oyunda 106 qov vuran və 28 məhsuldar ötürmə edən Erlinq Halandın "Çelsi"ya keçəcəyi iddia olunur.

Fanat.az xəbər verir ki, İngiltərə klubunun 21 yaşlı forvard üçün Dortmund "Borussiya"sına 175 milyon avro ödəyəcəyi deyilir.

Futbolçu özü məsələ ilə bağlı açıqlama verib. Haland "Borussiya"da xoşbəxt olduğunu desə də, getmək istədiyinə işarə vurub.

"Hər şeydən öncə deməliyəm ki, "Borussiya" ilə 3 illik müqaviləm var. Burda keçirdiyim zamandan zövq alıram. Amma kuboklar qazanmaq da önəmlidir, mən də bunu istəyirəm. "Çelsi"nin mənim üçün 175 milyon avro təklif hazırlamasına gəlincə, ümid edirəm ki, bu sadəcə şaiyədir. Bir insan üçün 175 milyon avro çox böyük puldur" deyə Norveç millisinin üzvü bildirib.

Qeyd edək ki, Haland 2020-ci ilin yanvarında "Zalsburq"dan "Borussiya"ya 20 milyon avroya transfer olunub.

Mənbə: fanat.az