"Çelsi" yeni qapıçı transfer edib

"Çelsi" yeni qapıçı transfer edib

İngiltərənin "Çelsi" klubu heyətini yeni qapıçı ilə gücləndirib.

"Report" London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "zadəganlar" "Fulhem"dən Markus Bettinelli ilə anlaşıb.

29 yaşlı qolkiperlə iki illik müqavilə imzalanıb.

Qeyd edək ki, Markus Bettinelli 2010-ci ildən "Fulhem"də çıxış edib.

Mənbə: report.az