"Neftçi" Çempionlar Liqası ilə vidalaşdı

"Neftçi" Çempionlar Liqası ilə vidalaşdı

"Neftçi" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununda Yunanıstan "Olimpiakos"u ilə qarşılaşıb.

Modern.az xəbər verir ki, "Bakcell Arena"da keçirilən flaqmanın 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Beləliklə, ilk oyundakı kimi, cavab görüşündə də rəqibinə 0:1 hesabı ilə uduzan “Neftçi” Çempionlar Liqasında mübarizəni dayandırıb. “Ağ-qaralar” yoluna Avropa Liqasında davam edəcək. Paytaxt təmsilçisi III təsnifat mərhələsində Finlandiyanın HİK (Helsinki) klubu ilə qarşılaşacaq. Flaqman ilk oyunu avqustun 5-də evdə, cavab matçını isə bir həftə sonra səfərdə keçirəcək.

Mənbə: modern.az