"Neftçi" - HİK oyununun hakimləri açıqlanıb

"Neftçi"nin Finlandiyanın HİK klubuna qarşı UEFA Avropa Liqasının III təsnifat mərhələsinin Bakıda keçiriləcək ilk oyununun hakimləri bəlli olub.

"Report"un məlumatına görə, qarşılaşmanı Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

FIFA refirisi Uilyam Kolluma Devid Makgiçi və Şon Karr köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Yuan Anderson yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 3-də "Bakcell Arena"da oynanılacaq "Neftçi" - HİK matçı saat 21:00-da başlayacaq.

Report.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ-da güclü qasırğa binaları dağıdıb, bir neçə nəfər xəsarət alıb

SONRAKI XƏBƏR

Qarabağ bəyanatından sonra 42 erməni hərbçi qeyri-döyüş şəraitində həlak olub