Duşan Kerkez: "Qarabağ"la oyunlardan sonra mərhələ keçəcəyimizə inanıram"

Duşan Kerkez: "Qarabağ"la oyunlardan sonra mərhələ keçəcəyimizə inanıram"

"Qarabağ" fərqli komandadır. Rəqib II təsninaf mərhələsində üz-üzə gəldiyimiz Albaniya "Vlajniya"sından daha güclüdür".

"Report"un məlumatına görə, bu fikirləri Kiprin AEL (Limassol) klubunun baş məşqçisi Duşan Kerkez Konfrans Liqasının III təsnifat mərhəəsində qarşılaşacaqları "Qarabağ" haqqında danışarkən deyib.

45 yaşlı mütəxəssis Ağdam təmsilçisi ilə matçları səbrsizliklə gözlədiklərini bildirib: "Cütün taleyi iki oyunda həll olunur. Növbəti mərhələyə vəsiqə qazanacağımıza inanıram".

"Qarabağ" AEL ilə ilk görüşünü avqustun 5-də səfərdə, cavab qarşılaşmasını avqustun 12-də evdə keçirəcək. Səfərdəki matç Bakı vaxtı ilə saat 21:00-da, Tofiq Bəhramov adına Respublika stadionundakı görüş isə saat 20:00-da başlayacaq.

Mənbə: report.az