"Neftçi"dən ayrılan futbolçu Yunanıstan klubuna keçib

"Neftçi"dən ayrılan futbolçu Yunanıstan klubuna keçib

"Neftçi" ilə yollarını ayıran Stiven Jozef-Monrozun yeni klubu bəlli olub.

"Report"un məlumatına görə, 31 yaşlı cinah yarımmüdafiəçisi karyerasını Yunanıstanda davam etdirəcək.

Fransalı oyunçu "Ksanti" ilə müqavilə bağlayıb. Yunanıstanın ikinci liqasında çıxış edən klub sözləşmənin detallarını açıqlamayıb.

Qeyd edək ki, Stiven Jozef-Monroz “Neftçi”də keçirdiyi iki mövsüm ərzində 44 oyunda 12 qola imza atıb. O, 2020/2021 mövsümündə "ağ-qaralar"ın heyətində ölkə çempionu olub.

Mənbə: report.az