Tokio 2020: Cüdonun rekordu təkrarlanmadı

Tokio 2020: Cüdonun rekordu təkrarlanmadı

Tokio 2020-nin cüdo yarışlarında mübarizə aparan 2 qat Olimpiya, 10 qat dünya çempionu Teddi Riner(Fransa) rekordu təkrarlamaq şansını qaçırıb.

Fanat.Az xəbər verir ki, 1/4 finalda rusiyalı Tamerlan Başayevə "qızıl xal"da "vaza-ari" ilə uduzan 32 yaşlı cüdo əfsanəsi, yaponiyalı Tadahiro Nomuranın göstəricisinə şərik ola bilməyəcək.

Nomura Atlanta 1996, Sidney 2000 və Afina 2004-ün qalibi olaraq cüdo üzrə yeganə 3 qat Olimpiya çempionudur.

Qeyd edək ki, Teddi Riner 13 sentyabr 2010-cu ildən 9 fevral 2020-ci ilə qədər heç bir rəqibinə uduzmayıb. Onun məğlubiyyətsizlik seriyasına Paris "Böyük Dəbilqə" turnirində yaponiyalı Kaquera Kokoro son qoymuşdu.

Sahib Əsədbəyli

Mənbə: fanat.az