Orxan Məmmədov “Qarabağ”ı təbrik etdi

Orxan Məmmədov “Qarabağ”ı təbrik etdi

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri, “Zirə” klubunun fəxri prezidenti Orxan Məmmədov “Qarabağ”ı Konfrans Liqasında 3-cü mərhələyə adlaması münasibəti ilə təbrik edib.

Qol.az xəbər verir ki, O.Məmmədov özünün rəsmi Tvitter səhifəsində yazıb: “Qarabağ” Futbol Klubunun ölkəmizi Avropada qrup mərhələsində yenə təmsil edəcəyinə ümid edirik. İsraildə səfərdə olan rəsmi nümayəndə heyəti olaraq “Aşdod”la bugünkü (dünənki – red.) oyunu izləməyə fürsətimiz oldu. “Qarabağ” kollektivini növbəti mərhələyə çıxmaq münasibəti ilə təbrik edirəm”.

Xatırladaq ki, “Qarabağ” “Aşdod”a İsraildə 1:0 hesabı ilə qalib gələrək (Bakıda 0:0) növbəti mərhələyə yüksəlib.

Mənbə: qol.az