Günün transfer xəbərləri: "Milan" Ziyeş üçün hərəkətə keçdi

Yay "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir.

"Caliomercato" idman qəzeti: "Hakim Ziyeş (Hakim Ziyech) "Milan"ın hədəfinə düşüb. "Çelsi"də istədiyi karyeranı qura bilməyən futbolçu İtaliyada oynamağa razılıq verə bilər".

"Telegraph" idman qəzeti: "Fiorentina"nın hücumçusu Duşan Vlahoviç (Dusan Vlahovic) "Tottenhem"də Harri Keynin (Harry Kane) yerinə alına bilər. İtalyanlar serbiyalı hücumçu üçün 60 milyon avro tələb edir".

"Football Insider" xəbər agentliyi: "Arsenal" Lautaro Martinezi əldə etmək üçün müqaviləyə Hektor Bellerini (Hector Bellerin) əlavə etməyi planlaşdırır".

 

"Caliomercato" idman qəzeti: "Mönhenqladbax "Borussiya"sının isveçrəli yarımmüdafiəçi Denis Zakariya "Napoli" üçün maraqlıdır. A Seriyası təmsilçisi 24 yaşlı futbolçunu satın alma hüququ ilə icarəyə götürməyi planlaşdırır".

Canluka Di Martsio idman jurnalisti: "Serdar Azmunu satmağa hazırlaşan "Zenit" onun yerinə "Torino"nun hücumçusu Andrea Belottini almağı düşünür. tərəflər arasında artıq danışıqlar başlayıb".

Nikolo Skira idman jurnalisti: "David Luis icarə əsasında "Adana Demirspor"a keçəcək. 2 illik müqavilədə braziliyalı futbolçu ilinə 4 milyon avro qazanacaq".

 

Baş tutmuş transfer xəbərləri:

Akoş Keçkeş (Akos Kecskes) (25 yaşlı macar müdafiəçi)

"Lugano"dan (İsveçrə) "Nijni Novqorod"a (Rusiya) keçidi reallaşıb.

Azad agent qismində 2 illik müqavilə imzalayan futbolçu ötən mövsüm "Atalanta"da icarədə olub.

Sebastian Driussi (25 yaşlı argentinalı oyunçu)

"Zenit"dən (Rusiya) "Ostin"ə (ABŞ) keçidi baş tutub.

Alfons Areola (Alphonse Areola) (28 yaşlı fransalı qapıçı)

PSJ-dən (Fransa) "Vest Hem"ə (İngiltərə) keçib.

Satın alma hüququ ilə ilə 2021/22 mövsümünün sonuna qədər icarədə olacaq qapıçı ötən mövsümü "Fulhem"də keçirib və 10 oyun qapısını toxunulmaz saxlayıb.

 

Emin Şəmsiyev

Fanat.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda əhali əllərindəki dolları banklara “qaytarır”

SONRAKI XƏBƏR

Qeyri-ərzaq mallarının təhlükəsizliyini təmin edəcək Qaydalar təsdiq olunub