Klublarımızın qazancı: 10 oyun, 1 əmsal

Klublarımızın qazancı: 10 oyun, 1 əmsal

Ötən gecə Konfrans Liqasının II təsnifat mərhələsində dünən baş tutan cavab oyunlarından sonra ölkələrin UEFA reytinqi yenilənib.

 

Fanat.Az xəbər verir ki, sıralamada bəzi dəyişikliklər olub. Ancaq Azərbaycanın mövqeyi əvvəlki kimi 29-du. Baxmayaraq ki, "Qarabağ”ın "Aşdod”u yenməsi ölkəmizin aktivinə 0,250 əmsal gətirib. Bununla da bu mövsümdəki qazandımız 1,000-ə çatıb. Bunun 0,500-ü "Neftçi”nin, 0,375-i "Qarabağ”ın, 0,125-i "Sumqayıt”ın payına düşür. "Keşlə” mövsümü xalsız başa vurub.

"Qarabağ"ın qazandığı 0,250 əmsal sayəsində Azərbaycanın son 5 mövsümü əhatə edən göstəricisi 13,625-ə çatıb. 28-ci olan Sloveniyadan 0,500 xal geri qalırıqsa, bir addım geridə olan Polşanın (13,500) nəfəsini yaxından hiss edirik.

Qeyd edək ki, siyahıya İngiltərə başçılıq edir – 87,926.

Mirağa

Mənbə: fanat.az