"Qalatasaray"dan növbəti transfer

"Qalatasaray"dan növbəti transfer

"Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirib.

Qol.az xəbər verir ki, İstanbul təmsilçisi "Alanyaspor"un yarımmüdafiəçisi Berkan Kutlunu transfer edib. 23 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Berkan son mövsümdə "Alanyaspor"un heyətində meydana çıxdığı 37 matçda 3 qol vurub.

Mənbə: qol.az