Arye Qut “Qarabağ”ı ziyarət etdi - FOTO

Arye Qut “Qarabağ”ı ziyarət etdi - FOTO

"Qarabağ”ın "Aşdod”la səfər oyununu izləyənlər arasında Azərbaycanın İsraildən olan dostlarından Arye Qut da olub.

Fanat.Az xəbər verir ki, Azərbaycanda anadan olan, Bakı Dövlət Universitetini məzunu, Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, "The Jerusalem Post” qəzetinin siyasi şərhçisi olan israilli oyunu izləməklə yanaşı, "Qarabağ” rəsmiləri ilə də görüşüb.

Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Arye Quta üzərində onun adı yazılmış "9 nömrə”li forma hədiyyə edib.

 

Mənbə: fanat.az