Qurban Qurbanov reklama çəkilib

Qurban Qurbanov reklama çəkilib

"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov reklama çəkilib.

"Report" Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis "köhlən atlar"ın sponsoru olan avtomobil şirkətini reklam edib.

Sükan arxasına oturan Qurbanov "Rəqib yaxşı oynadı, ancaq güclü qalib gəldi" ifadəsini işlədib.

Qeyd edək ki, "Qarabağ" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində İsrail "Aşdod"unu iki oyunun yekununda üstələyib - 0:0, 1:0. Növbəti mərhələdə rəqib Kipr AEL-i olacaq. İlk görüş avqustun 5-də səfərdə, cavab qarşılaşması avqustun 12-də evdə olacaq.

Mənbə: report.az