Tofiq Bəhramovun tarixi qərarından 55 il ötür - VİDEO

Tofiq Bəhramovun tarixi qərarından 55 il ötür - VİDEO

İngiltərə ilə Almaniya milliləri arasında keçirilən DÇ-1966-nın final görüşündən 55 il ötür.

 

Fanat.Az xəbər verir ki, 30 iyul 1966-cı ildə Londonun "Uembli" stadionunda keçirilən görüşün müqəddaratını azəraycanlı hakim Tofiq Bəhramnovun qərarı həll edib.

 

Sözügedən qarşılaşma həmyerlimizin adını dünya futbol tarixinə qızıl hərflərlə yazdırdı.

 

Belə ki, oyunun yan xətt hakimi olan Tofiq Bəhramov mübahisəli qol epizodunda baş hakimə təkidlə mərkəz nöqtəni göstərib və topun qapı xəttini keçdiyini bildirib. Sonradan İngiltərə millisi daha bir dəfə fərqlənərək dünya çempionu adına yiyələnsə də, sözügedən final həmişə Tofiq Bəhramovun verdiyi qərarla xatırlanıb.

 

İngilis futbolçu Cefri Hertsin mübahisəli qolunu qeydə alan Bəhramovun qərarının doğru olduğunu sonradan bütün dünya bilir. Həmin ərəfədə "Qızıl fit"lə yalnız baş hakimlərə verilsə də, azərbaycanlı hakim Britaniya kraliçası tərəfindən "Qızıl fit" və "Qızıl ilahə" mükafatının kiçik modeli ilə təltif olunub.

Mənbə: fanat.az