IOC prezidenti: "Yaponiya xalqının olimpiadaya münasibəti yaxşılaşıb"

"Yerli idmançılarının olimpiadada iştirakı Yaponiya xalqının yarışa münasibətini yaxşılaşdırıb".

"Report"un məlumatına görə, bunu Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax "Kyodo agentliyinə müsahibəsində deyib.

Almaniyalı funksioner bildirib ki, Oyunların yayım reytinqləri də bunu sübut edir: "Bunlar yerli əhalinin yarışa böyük maraq göstərməsinin nəticəsidir".

Bax koronavirusun yayılmasına qarşı görülən tədbirlər və iştirakçıların vaksinasiyası üçün beynəlxalq səylərdən tamamilə məmnun olduğunu söyləyib.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları avqsutun 8-də başa çatacaq.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Almaniya ölkəyə gələnlərdən məcburi COVID-19 testi tələb edir

SONRAKI XƏBƏR

Ölkəmizdə nə qədər insan alveri qurbanı var?