"Liverpul"da uzunmüddətli müqavilə

"Liverpul"da uzunmüddətli müqavilə

"Liverpul" futbolçusu Trent Aleksander-Arnold müqavilənin müddətini uzadıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçi ilə uzunmüddətli müqavilə imzalanıb.

Qeyd edək ki, Aleksander-Arnold 2016/2017 mövsümündən Mersisayd təmsilçisində çıxış edir. O, indiyə kimi meydana çıxdığı 179 oyunda 10 qol vurub, 44 qolun ötürməsini verib.

Mənbə: qol.az