“Traktor” 4-cü oldu, “Maşinsazi” elita ilə vidalaşdı

İran çempionatında 2020/21 mövsümünə yekun vurulub.

Fanat.Az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçiləri "Traktor” və "Maşinsazi” də mövsümdə sonuncu matlarına çıxıblar.

"Maşinsazi” səfərdə "Sanat Naft” ilə qarşılaşıb. Uğursuz mövsüm keçirən Təbriz təmsilçisi bu oyunda da uduzub – 1:2.

Təbrizin daha məşhur "Traktor” klubu isə doğma meydanda "Saypa” ilə münasibətlərinə aydınlıq gətirib. "Traktorçular” mövsümü 5:1 hesablı darmadağınla yekunlaşdırıblar.

Beləliklə, 30 oyuna 45 xal toplamış "Traktor” bu mövsümü 4-cü pillədə başa vurub və medalçılar sırasına düşə bilməyib. "Maşinsazi” isə 14 xalla 16 kollektiv arasında sonuncu olub və elita ilə vidalaşıb.

Fanat.az

ƏVVƏLKİ XƏBƏR

Ukrayna təyyarələri Türkiyədə - FOTOLAR

SONRAKI XƏBƏR

Nadir Şəfiyevin AzTV əməkdaşını şantaj edən oğluna 7 il həbs verildi