Nuriyev oynadı, komandası qələbə qazandı

Nuriyev oynadı, komandası qələbə qazandı

Ukrayna Premyer Liqasında 2-ci turun oyunları keçirilib.

 

Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyev formasını geyindiyi "Kolos” da növbəti matçına çıxıb.

"Metallist” qəbul edən Kovalyovka kəndinin təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

 

Meydana start "11-lik"də çıxan Nuriyev 64-cü dəqiqədə əvəzlənib.

 

2 tura 4 xal toplayan "Kolos” turnir cədvəlinin 2-ci pilləsində mövqe tutub.

Nihat

Mənbə: fanat.az