"Çelsi" - "Vilyarreal" matçına nə qədər azarkeş buraxılacaq?

"Çelsi" - "Vilyarreal" matçına nə qədər azarkeş buraxılacaq?

UEFA Superkubokunun bu il keçiriləcək matçına buraxılacaq azarkeşlərin sayı açıqlanıb.

Qol.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Şimali İrlandiyanın Belfast şəhərində keçiriləcək və "Çelsi" ilə "Vilyarreal"ın qarşılaşacağı oyuna maksimum 13 min azarkeş buraxılacaq.

Qeyd edək ki, vqustun 11-də keçiriləcək “Çelsi” – “Vilyarreal” matçı saat 23:00-da başlayacaq.

Mənbə: qol.az