"Arsenal"ın arzusu reallaşa bilər

"Arsenal"ın arzusu reallaşa bilər

"Arsenal" "İnter"in hücumçusu Lautaro Martinezin (Lautaro Martines) transferini reallaşdıra bilər.

 

Fanat.Az xəbər verir ki, məlumatı idman jurnalisti David Orşteyn "Twitter" səhifəsində yazıb.

Xəbərə görə, "topçular" argentinalı futbolçu üçün ödənişlə yanaşı müdafiəçi Hektor Bellerini də (Hector Bellerin) İtaliya klubuna təklif edib.

Qeyd edək ki, Lautaro Martinez "İnter"in heyətində 3 mövsüb keçirib. Bu müddətdə o, 100 oyunda meydana çıxıb və 37 qolla yadda qalıb.

Emin Şəmsiyev

Mənbə: fanat.az