"Qalatasaray"dan 10 milyon avroluq transfer - Klub prezidenti açıqladı

"Qalatasaray"dan 10 milyon avroluq transfer - Klub prezidenti açıqladı

Transfer çalışmalarını davam etdirən "Qalatasaray" heyətinə daha bir futbolçu qatır.

Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi Rumıniyanın "Styaua" klubundan Olimpiu Morutanla anlaşıb.

Bu barədə açıqlama verən Buxarest təmsilçisinin prezidenti Cici Bekali xəbəri təsdiq edib. Klub prezidenti bildirib ki, transfer tərəflər arasında razılaşdırılıb və qısa zamanda rəsmi açıqlama veriləcək.

"Qalatasaray" 22 yaşlı "10 nömrə" ilə 5 illik müqavilə bağlayacaq. Rumıniya mətbautının məlumatına görə, İstanbul klubu bu keçidə görə "Styaua"ya 10 milyon avro ödəyəcək.

Qeyd edək ki, Morutan "Styaua"dan əvvəl Rumıniyanın "Kluj" və "Botoşani" klublarında çıxış edib. Ötən mövsüm 36 rəsmi oyuna çıxan futbolçu 8 qol vurub və 15 məhsuldar ötürmə edib.

Mənbə: fanat.az