Gündüz Abbaszadədən açıqlama

"Qarabağ"ın Konfrans Liqasının 3-cü təsnifat mərhələsində AEL-lə (Kipr) səfər oyununda stadiona 75 faiz azarkeş buraxılacaq.

Bu barədə Qol.az-a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib. O bildirib ki, mövcud pandemiya şəraitindəki qaydalara görə stadionun tribunalarının 75 faizi dola bilər.

Qeyd edək ki, bu gün Kipr mətbuatı görüşün keçiriləcəyi “Tisiro” arenasına stadionun tam tutumu sayında (7400 nəfər) azarkeşin gələ biləcəyini yazmışdı.

Əlavə edək ki, avqustun 5-i oynanılacaq görüş Bakı vaxtı ilə 21:00-da başayacaq. Cavab oyunu isə avqustun 12-si Bakıda olacaq.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Yanğınsöndürənlərimizin ikinci qrupu Türkiyəyə yola düşdü - VİDEO

SONRAKI XƏBƏR

İran Türkiyəyə dəstək verməyə hazırdır - Səfir