Ukraynalı hücumçu "Benfika" ilə müqavilə bağlayıb

Ukraynalı hücumçu "Benfika" ilə müqavilə bağlayıb

Belçikanın "Gent" klubunun və Ukrayna millsinin hücumçusu Roman Yaremçukun "Benfika" ilə müqavilə bağladığı bildirilib.

Fanat.Az xəbər verir ki, məlumatı jurnalist Rudi Qaletti "Twitter" səhifəsində yayıb.

O, 25 yaşlı ukraynalının Portuqaliya təmsilçisinə 15 milyon avroya başa gəldiyini vurğulayıb. Qaletti forvardın 5 illik anlaşmaya imza atdığını da açıqlayıb.

Qeyd edək ki, Yaremçuk "Gent"ə 2017-ci ildə Kiyev "Dinamo"sundan keçib. Son mövsümdə Belçika çempionatında 27 matça çıxan futbolçu 15 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Mənbə: fanat.az