Tokio 2020: "Qızıl" İsveçrənin oldu

Tokio 2020: "Qızıl"  İsveçrənin oldu

Tokio 2020-də qadın tennisçilərin mübarizəsinə yekun vurulub.

Fanat.Az xəbər verir ki, final qarşılaşmasında isveçrəli Belinda Bençiç və çexiyalı Marketa Vondrouşova üz-üzə gəlib.

Birinci seti Marketanı bir breyk qabaqlayan Bençiç üstün başa vurub. Lakin Vondrouşova hesabı bərabərləşdirməyi bacarıb. Üçüncü setin səkkizinci qeymi həlledici əhəmiyyət daşıyıb. Breyk edərək üstünlüyə yiyələnən 24 yaşlı Bençiç yekunda 2 saat 30 dəqiqəlik görüşü qələbə ilə bitirib. İsveçrəli idmançı ölkəsinə bu yarışda 3-cü qızıl medalı qazandırıb.

Tokio 2020

Tennis

Qadınlar, final

Belinda Bençiç (İsveçrə) - Marketa Vondrouşova (Çexiya) - 2:1 (7:5, 2:6, 6:3)

 

Mənbə: fanat.az