Tokio 2020: Türkiyə 1/4 finalda

Tokio 2020: Türkiyə 1/4 finalda

Tokio 2020-də voleybol yarışları davam edir.

Fanat.Az xəbər verir ki, bu gün qrup mərhələsinin dördüncü turu start götürüb.

A qrupundakı ilk dueldə Dominikan Respublikası Keniyanı asanlıqla məğlub edib. ABŞ - ROK (Rusiya Olimpiya Komitəsi) matçında ruslar gözlənilmədən amerikalılara qalib gəlib.

Argentinanı set vermədən (3:0) yenən Türkiyə qrupdakı son oyununun nəticəsindən asılı olmayaraq 1/4 final vəsiqəni təmin edib.

Cənubi Koreya Yaponiyanı çətinliklə məğlubiyyətə uğradıbsa (3:2), maraqla gözlənilən matçda Serbiya və Braziliya üz-üzə gəliblər. Dünya çempionlarına cəmi bir set verən "sambaçılar" zəfərə sevinərək qrup liderliyinə yüksəliblər. Əvvəlki turlarda qələbə qazanan İtaliya isə yarışda birinci yenilgisini alıb. "Mavilər" Çinə "quru hesab"la boyun əyib - 0:3.

Qeyd edək ki, A qrupundan Braziliya, Serbiya və Cənubi Koreya, B qrupundan isə Türkiyə ilə yanaşı, İtaliya, Rusiya və ABŞ növbəti mərhələyə vəsiqəni təmin ediblər.

Nihat

Mənbə: fanat.az