"Chessable Masters": "Şah"dan uğurlu sonluq

"Chessable Masters": "Şah"dan uğurlu sonluq

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VIII mərhələsi ("Chessable Masters") start götürüb.

16 şahmatçının iştirak etdiyi turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov təmsil edir.

Fanat.Az xəbər verir ki, onlayn yarışda bu gün 5 tur oynanılıb.

36 yaşlı qrossmeysterimiz ilk 4 qarşılaşmasını heç-heçə başa vurub.

Günün son turunda David Anton Quicarronun müqavimətini qıran şahmatçımız bu nəticələrdən sonra 3 xalla beşinci pillədə qərarlaşıb.

Sabah daha 5 turun görüşləri baş tutacaq.

 

"Chessable Masters"

İlk gün

1-ci tur

Şəhriyar Məmmədyarov - Eduardo İtturizaqa (İspaniya) 0,5:0,5

2-ci tur

Yu Vençjun (Çin) - Şəhriyar Məmmədyarov 0,5:0,5

3-cü tur

Şəhriyar Məmmədyarov - Vladislav Artemyev (Rusiya) 0,5:0,5

4-cü tur

Pentala Harikrişna (Hindistan) - Şəhriyar Məmmədyarov 0,5: 0:0,5

5-ci tur

Şəhriyar Məmmədyarov - David Anton Quicarro (İspaniya) 1:0

Qeyd edək ki, iştirakçılar turnirin ilk üç günündə dairəvi sistem üzrə mübarizə aparacaq. 15 turdan sonra ilk "səkkizlik" adını pley-off mərhələsinə yazdıracaq. Avqustun 8-də başa çatacaq yarışın mükafat fondu 100 min ABŞ dollarıdır. Qalib 30 min dollar qazanacaq.

Sahib Əsədbəyli

Mənbə: www.fanat.az