Azərbaycan millisi Gürcüstana məğlub olub

Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.

"Report"un məlumatına görə, yığma gürcüstanlı həmyaşıdları ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 3:2 hesablı qələbəsi ilə bitib. Azərbaycan yığmasının heyətində 74-cü dəqiqədə Vüsal Əliyev, 90-cı dəqiqədə isə Mahmud Ağayev fərqlənib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Polis bizimdir, bizi qoruyur

SONRAKI XƏBƏR

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı kəskin artdı