Siriqu özünə yeni klub tapdı

“Torino”dan ayrılan Salvatore Siriqunun yeni klubu məlum olub.

Qol.az xəbər verir ki, 34 yaşlı qapıçı “Cenoa”ya keçib. Bu barədə A seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Siriqu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, İtaliya yığmasının üzvü PSJ, "Sevilya", "Osasuna" kimi klublarda da çıxış edib.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Hər bir deputat bilməlidir ki, qanunu pozan ona uyğun cəzasını alacaq

SONRAKI XƏBƏR

Uzun sürən “long-covid”in əlamətləri açıqlandı