Co Hartın yeni klubu açıqlandı

"Tottenhem"in qapıçısı Co Hart "Seltik"ə keçib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Şotlandiya klubunun rəsmi saytı məlumat yayıb. 34 yaşlı qolkiperlə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2020-ci ildən "Tottenhem"də çıxış edən Hart ötən mövsüm 10 oyunda 8 qol buraxıb. Təcrübəli qapıçı 2008-2017-ci illərdə İngiltərə millisində çıxış edib.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

General Hikmət Həsənov müavin vəzifəsinə TƏYİN EDİLDİ

SONRAKI XƏBƏR

FHN-in ikinci qrupu Dənizlidə: əməliyyat başladı