"Neftçi"nin müdafiəçisi: "Səhvləri tək müdafiəçilərə bağlamaq olmaz"

"Neftçi"nin müdafiəçisi: "Səhvləri tək müdafiəçilərə bağlamaq olmaz"

"Çətin oyun oldu. Rəqib yaxşı komandadır. Müdafiədəki səhvlər tək müdafiəçilərdən asılı deyil".

"Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin futbolçusu Voyislav Stankoviç Bakıda Finlandiya HİK-i ilə 2:2 hesablı heç-heçə etdikləri Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

34 yaşlı müdafiəçi cavab qarşılaşmasında yaxşı nəticəyə ümid etdiklərini sözlərinə əlavə edib.

Mənbə: report.az