HİK-in baş məşqçisi: "Cavab matçında sürpriz ola bilər"

HİK-in baş məşqçisi: "Cavab matçında sürpriz ola bilər"

"Oyun gözlədiyimiz kimi keçdi. "Neftçi" yaxşı komandadır. Yusuf Laval bu gün bizə problem yaratdı. 3 gün əvvəl oyunumuz olduğu üçün hazırlıqla bağlı problemimiz var. Bununla belə, baxımlı görüş oldu".

"Report"un məlumatına görə, bunu Finlandiyanın HİK (Helsinki) klubunun baş məşqçisi Toni Koskela Bakıda "Neftçi" ilə 2:2 hesablı heç-heçə etdikləri UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

38 yaşlı mütəxəssi bildirib ki, cavab matçında bəzi dəyişikliklər olacaq: "Neftçi" bizə qarşı "Olimpiakos" və "Dinamo"ya qarşı oynadığı kimi çıxış etdi. Düşünürəm ki, cavab görüşündə sürpriz ola bilər".

Onun sözlərinə görə, ilk qarşılaşmada qol buraxmaq istəmirdilər: "İlk 25-30 dəqiqədə topla yaxşı rəftar edirdik. Bundan sonra hər iki komandada yorğunluq başladı. Sevindirici haldır ki, iki qol vurduq. İlk hissədə daha yaxşı oynadıq".

Mənbə: report.az