Həbib Makqreqor haqda: "Din haqqında ancaq axmaq adamlar danışa bilər"

Həbib Makqreqor haqda: "Din haqqında ancaq axmaq adamlar danışa bilər"

Sabiq UFC döyüşçüsü Həbib Nurməhəmmədov irlandiyalı rəqibi Konor Makqreqorun mərhum atası ilə bağlı açıqlamasına münasibət bildirib.

Fanat.Az xəbər verir ki, rusiyalı idmançı "Hotboxin' with Mike Tyson"a verdiyi müsahibədə bu barədə danışıb.

"Ata, həyat yoldaşı, uşaqlar, din haqqında ancaq axmaq adamlar danışa bilər. Normal insan bu barədə heç vaxt danışmaz. Düşünürəm ki, o, bu tviti içkili vəziyyətdə yazıb. Ertəsi gün isə həmin tvitləri silir. Hər dəfə içib nəsə yazır, səhər də oyanıb telefona baxır və "Ay Allah, mən nə etdim" deyə düşünüb paylaşımı silir. Əminəm ki, hər şey tam olaraq belədir", - deyə Nurməhəmmədov deyib.

Qeyd edək ki, amerikalı idmançı Dastin Puaryenin Makqreqor üzərində qələbəsindən sonra Nurməhəmmədov "Xeyir həmişə şərə qalib gəlir", deyə tvit yazıb. Bu sözlərdən hiddətlənən Makqreqor isə ona cavab olaraq "Belə çıxır ki, koronavirus xeyir, atan isə şərdir?" deyə qarşılıq verib.

Emin Şəmsiyev

Mənbə: www.fanat.az