Tokio-2020: Final oyununun yeri və saatı dəyişdirilib

Tokio-2020: Final oyununun yeri və saatı dəyişdirilib

Tokio-2020 Yay Olimpiya Oyunlarında qadın futbolçulardan ibarət İsveç və Kanada komandaları arasında keçiriləcək final oyunun yeri və saatı dəyişdirilib.

"Report" yarışın Təşkilat Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, avqustun 6-da planlaşdırılan matç Yokohamada gerçəkləşəcək və Bakı vaxtı ilə 16:00-da start götürəcək.

Qarşılaşmanın daha əvvəl Tokiodakı Olimpiya Stadionunda Bakı vaxtı ilə saat 06:00-da təşkili nəzərdə tutulub.

Təxirəsalma FIFA və Belnəlxalq Olimpiya Komitəsi ilə birgə razılaşdırılıb və idmançıların qayğıları ilə əlaqədardır.

Mənbə: report.az