"Qarabağ"dan təxribata qarşı xəbərdarlıq

"Qarabağ"dan təxribata qarşı xəbərdarlıq

"Oyunda erməni təxribatının olacağını düşünmürük. Hər ehtimala qarşı əvvəlcədən tədbirimizi görmüşük".

Bunu Fanat.Az-a "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyib. Klub sözçüsü mümkün təxribat əməli ilə bağlı UEFA nümayəndəsinə məlumat verildiyini bildirib: "UEFA nümayəndəsindən stadiona daxil olan azarkeşlərin ciddi yoxlanılmasını tələb etmişik. Qurum rəsmisi tərəfindən mümkün təxribat hərəkətlərinin qarşısının alınacağı barədə bizə zəmanət verilib. Odur ki, hansısa təxribatçı əməlin baş verəcəyini düşünmürük".

 

Mirağa

Mənbə: fanat.az