Güllə atıcılığı üzrə turnir keçirildi - VİDEO

Güllə atıcılığı üzrə turnir keçirildi - VİDEO

Yasamal Rayon İcra Hakimiyyəti, Yasamal Rayon Gənclər və İdman İdarəsi və Bakı Atıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə güllə atıcılığı üzrə turnir keçirildi.

Yarış doğum günləri avqust ayına təsadüf edən 44 günlük Vətən Müharibəsində qəhrəmancasına həlak olan şəhidlərimiz Həmidağa Hüseynzadə, Hüseyn Tağıyev və Tacəddin Əzizlinin əziz xatirəsinə həsr olunub.

Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazandığımız tarixi qələbədən söz açan Yasamal Rayon Gənclər və İdman İdarəsi rəisi İlham Səfərov turnirin əsas məqsədindən də danışdı

Olimpiya mükafatçısı İradə Aşumovanın baş hakim olduğu yarışda 50-dək idmançı qüvvəsini sınadı.

Qızlar arasında Nəzrin Abbaslı, oğlanlardan İmran Qarayev yarışın qalibi adına layiq görüldü.

İdmançılar diplom və medallarla təltif olundular.

Yarışın sonunda Vətən müharibəsi şəhidlərinin ailə üzvləri şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan, Vətən eşqindən danışdılar.

 

Mənbə: www.realtv.az