Kiprdə Qurban Qurbanova qarşı təxribat, baş məşqçi özündən çıxdı - VİDEO

Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Kiprdə keçirilən AEL - "Qarabağ" matçının son dəqiqələrində gərgin anlar yaşanıb.

"Qafqazinfo" xəbər verir ki, bu, Ağdam klubunun cavab qolundan sonra baş verib.

Belə ki, Abdulla Zubirin qolundan sonra azarkeşlərdən biri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova qarşı təxribat xarakterli hərəkətlər edib. Kiprli azarkeşin bu davranışı Qurban Qurbanovu özündən çıxardıb. Matçın baş hakimi qarşılaşmanı baş verən gərginlik səbəbindən dayandırıb.

 

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Xiaomi Mi 12 barəsində yeni məlumatlar verilib

SONRAKI XƏBƏR

İraq Minskə uçuşları dayandırdı